Braziliyada dəhşətli ailə faciəsi baş verib.
Musavat.com xəbər verir ki, yerli G1 portalının məlumatına görə, 2 yaşlı uşaq atasına məxsus tapançanı götürərək təsadüfən anasını güllələyib. Qadın hadisə yerindəcə həlak olub.
Hadisə evin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda valideynlərin bir anlıq diqqətsizliyi fonunda uşağın masanın üstündəki silaha yaxınlaşaraq onu əlində götürməsi və dərhal sonra atəş açması əks olunub.
İlkin məlumata görə, ailə uşağın tapdığı silahın boş olduğunu düşünürmüş. Hazırda hüquq-mühafizə orqanları atanın məsuliyyətini araşdırır, xüsusilə silahın qorunması ilə bağlı səhlənkarlıq məsələsi istintaq altındadır.
Braziliyada bu kimi hallar silah təhlükəsizliyi ilə bağlı qanunların və ailədaxili maarifləndirmənin nə qədər vacib olduğunu bir daha ortaya qoyur. Hadisə ictimaiyyətdə böyük rezonans doğurub.
Musavat.com videonu təqdim edir.
Musavat.com