21 yaşlı oğlan FACİƏVİ şəkildə ÖLDÜ

Hacıqabulda 21 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Novruzov Elvin Rövşən oğlu həyətdə iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır./Report

03.10.2024 19:27
780