Türk televiziya tarixinin unudulmaz layihələrindən biri olan "Sihirli Annem" 22 ildən sonra yenidən ekranlara qayıdır. Əfsanəvi heyətin bir araya gəldiyi "Sihirli Annem: Hepimiz Biriz" adlı filmin çəkilişləri artıq başa çatıb.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, "Poll Films" tərəfindən ərsəyə gətirilən layihənin ilk tanıtım afişi yayımlanıb və film 30 may tarixində kinoteatrlarda nümayiş olunacaq.
Serialın sevilən baş rollarını canlandıran İnci Türkay və Şahap Sayılganla yanaşı, Nevra Serezli, Gül Onat, Ayşen İnci, Süeda Çil, Jess Molho, Tiraje Başaran, Damla Ersubaşı, Jennifer Boyner, Gizem Güven və Zeynep Özkaya da yenidən kamera qarşısına keçiblər. Filmdə pərilər və insanların birgə yaşadığı sehrli bir dünyada baş verən yeni bir hekayə təqdim olunacaq.
"Sihirli Annem: Hepimiz Biriz" nostalji ilə fantastikanı birləşdirərək həm keçmişin sehrini yaşatmağı, həm də yeni nəsli maraqlı və əyləncəli bir macəraya cəlb etməyi hədəfləyir.
Musavat.com