25 kq arıqlayan Türkan Şorayın son halı -FOTO

Türkiyənin tanınmış aktrisası Türkan Şoray görünüşü ilə gündəmə gəlib.

Metbuat.az yerli mediaya istinadən xəbər verir ki, uzun illər Kuşinq sindromu ilə mübarizə aparan sənətçi bir müddət əvvəl əməliyyat keçirib. Uğurlu əməliyyatdan sonra xəstəliyini tam aradan qaldıran Şoray 25 kiloqram arıqlayıb.

Son olaraq qatıldığı tədbirdə görüntülənən aktrisanın dəyişimi sosial mediada rəğbətlə qarşılanıb.

28.04.2025 13:07
1186