27 yaşlı müəllim vəfat etdi - FOTO

Qusar şəhər 4 nömrəli tam orta məktəbin informatika müəllimi Zərif Radəl qızı Zöhrabova vəfat edib.

Musavat.com metbuat.az-a istinadən xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Qeyd olunub ki, o, işlədiyi 3 il ərzində məktəb kollektivinin nüfuzunu qazanmış, həm də şagirdlərin sevimlisinə çevrilə bilmişdi.

Dünən axşam saatlarında dünyasını dəyişən 27 yaşlı müəllim uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

09.10.2024 12:15
910