55 yaşlı kişi faciəvi şəkildə öldü

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

1970-ci il təvəllüdlü Yaqub Yolçuyev qayalıq ərazidən yıxılaraq ölüb.

O, yaxınlıqdakı insanların yardımı ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.

03.09.2025 11:20
475