65 yaşlı kişi ağacdan yıxılıb öldü

Şəkinin Baş Layısqı kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.

1960-cı il təvəllüdlü Şirinov Allahyar Hümbət oğlu qoz ağacından yıxılıb.

Ağır xəsarətlər alan vətəndaş xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

27.09.2025 15:37
628