78 nəfərə "məzar" olan yanğının baş vermə anı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR YAYILDI

Türkiyənin Bolu şəhərində yerləşən Kartalkaya xizək kurortundakı "Grand Kartal Otel"də baş verən yanğının görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, Türkiyənin Bolu şəhərində yerləşən məşhur Kartalkaya xizək kurortundakı "Grand Kartal Otel"də 21 yanvar gecəsi baş vermiş dəhşətli yanğının ilk anlarına aid təhlükəsizlik kamerası görüntüləri yayılıb.

Kadrlarda otelin restoranındakı “grill plate” (qril sobası) adlı cihazın alovlandığı, qısa müddətdə tüstü və alovların mətbəxə yayılması, işçilərin isə qorxu içində qaçdıqları anlar əks olunub.

Bolu'daki otel faciasında yangının çıkış anı kamerada

Faciə nəticəsində 78 nəfər həyatını itirib. Hadisə ilə bağlı Bolu Respublika Prokurorluğu tərəfindən genişmiqyaslı istintaq başladılıb. İstintaq çərçivəsində 41 nəfər saxlanılıb, onlardan 28-i həbs edilib, 9 nəfər isə sonradan azadlığa buraxılıb.

Hazırda otel sahibi Halit Ergül, onun həyat yoldaşı və eyni zamanda idarə heyətinin üzvü olan Emine Murtezaoğlu Ergül, qızları Elif Aras və Ceyda Hacıbekiroğlu, otelin baş meneceri və kürəkəni Emir Aras, eləcə də Bolu İcra Hakimiyyətinin baş katibi Sırrı Köstereli, İtfaiyyə rəisi Kenan Coşkun və Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülener daxil olmaqla 19 nəfərin həbsdə saxlanılmasına davam edilir.

Bolu'daki otel faciasında yangının çıkış anı kamerada

Yanğının yaranma səbəbi: nasaz termostat və təhlükəsizlik tədbirlərinin olmaması

İstintaq çərçivəsində hazırlanan 189 səhifəlik ekspertiza hesabatında bildirilib ki, yanğın otelin 4-cü mərtəbəsində yerləşən restoranın "şou" adlanan hissəsindəki, səhər yeməkləri üçün istifadə olunan !grill plate" cihazından başlayıb.

Hesabatda qeyd olunur:

“Qril cihazının təmizliyi üçün istifadə edilən, D9 adlı solvent tərkibli kimyəvi maddə, toplama qabına axan isti yağların təsirindən əriyib, bu maddə ilə yağın qarışığı yerə axmış və yaxınlıqda olan zibil qutusuna çataraq onun da yanmasına səbəb olub. Alovun böyüməsi ilə qazların miqdarı təbii ventilyasiya sisteminin ötürə biləcəyi həddən artıq artmış, nəticədə tüstü restoranın içinə yayılıb. Ən təhlükəlisi isə odur ki, zibilliyin yanında yerləşən LPG qaz xortumunun izolyasiya təbəqəsi əriyib, bu isə bütan-propan qazının nəzarətsiz şəkildə ətrafa yayılmasına və alovun sürətlə böyüməsinə gətirib çıxarıb.”

Bolu'daki otel faciasında yangının çıkış anı kamerada

Restoranda yanğınla mübarizə üçün lazımi sistemləri olmayıb

Ekspertiza rəyində restoranın yanğın təhlükəsinə qarşı texniki baxımdan çox sayda ciddi nöqsanlar da qeyd olunub. Belə ki:

  • Davlumbazda (aspirator) avtomatik yanğınsöndürmə sistemi yoxdur.

 

Tavanda tüstü və temperatur sensorları quraşdırılmayıb.

 

Restoran ərazisində sprinkler (su püskürmə sistemi) yoxdur.

 

Yanğınsöndürmə balonu yalnız daxili hissədə, bir sütunun dibində yerləşir və heç bir işçi ifadəsində bu balonu xatırlamadığını bildirib.

Yanğına səbəb olan cihazın termostatı işləmirmiş

Ekspertiza nəticəsində grill plate cihazının termostatının da nasaz olduğu ortaya çıxıb. Hesabatda deyilir:

“Cihazın üzərindəki temperatur tənzimləyici termostatlardan biri işləmədiyinə görə, cihaz çox qızsa da, bu tənzimləyici işə düşməyib və sistem öz-özünü dayandıra bilməyib. Bu isə cihazın nəzarətsiz şəkildə qızmasına və yanğına səbəb olub.”

Toğrul İSMAYIL,
Musavat.com

01.05.2025 15:01
1487