8,5 saat: Demokratik lider ABŞ Konqresində nitq uzunluğuna görə rekord qırdı

Nümayəndələr Palatasının Demokratik Azlığın lideri Hakeem Jeffries kürsüdən 8,5 saatdan çox danışaraq nitq uzunluğuna görə yeni rekorda imza atıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun çıxışı Donald Trampın vergi və dövlət xərcləri haqqında qanun layihəsinə qarşı yönəlib.

Jeffries fraksiya liderlərinə vaxt məhdudiyyəti olmadan danışmağa imkan verən “sehrli dəqiqə” prosedurundan yararlanıb. Əvvəlki rekord Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkartiyə məxsus idi və 8 saat 32 dəqiqə idi – bu, 2021-ci ildə qoyulmuşdu.

Jeffriesin çıxışı Trampın federal xərclərin azaldılmasını, hərbi büdcənin artırılmasını və Trampın ilk prezidentlik dövründən vergi güzəştlərinin saxlanılmasını nəzərdə tutan qanun layihəsinə reaksiya olub. Sənəd həmçinin ABŞ-ın borc tavanının 5 trilyon dollar artırılmasını təklif edir və 10 il ərzində dövlət borcunun 3,3 trilyon dollar artmasına səbəb ola bilər.

Konqresin Büdcə Ofisi hesab edir ki, bu təşəbbüs 12 milyona yaxın amerikalını tibbi sığortasız qoya bilər. Sahibkar İlon Mask da qanun layihəsini tənqid edərək, onun qəbulunun büdcə kəsirinin 2,5 trilyon dollara qədər artmasına və vətəndaşların borc yükünün artmasına səbəb olacağını deyib.

Nümayəndələr Palatası sənədi hələ may ayında təsdiqləsə də, Senatda düzəlişlər edildikdən sonra onun imzalanması üçün prezidentə göndərilməsi üçün ikinci səsvermə tələb olunur.

 

Musavat.com

04.07.2025 04:12
540