ABŞ-da yaxta klubunda kütləvi atışma: 3 nəfər ölüb


Amerikan Birləşmiş Ştatlarının Şimali Karolina ştatında bir nəfər Sautportda yaxta klubunun restoranına atəş açıb.

Musavat.com xarici mediaya istinadla  xəbər verir ki,  nəticədə 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

BNO News-un məlumatına görə, atəş açan şəxs qayıqda olub və yaxta klubunda restorana gələnlərə atəş açıb. Hücumdan sonra o, hadisə yerindən uzaqlaşıb.

Daha sonra səlahiyyətlilər hücumçunun saxlanıldığını bildiriblər. Onun kimliyi və motivləri hələ açıqlanmayıb.

Hücum nəticəsində daha 4 nəfər yaralanaraq xəstəxanaya göndərilib.

Musavat.com

 

28.09.2025 10:20
342