ABŞ-nin Yaponiyadakı aviabazasında PARTLAYIŞ - YARALILAR VAR

ABŞ-ın Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən “Kadena” hərbi hava bazasında partlayış qeydə alınıb.

Musavat.com xəbər verir ki, hadisə Yaponiyanın Milli Özünümüdafiə Qüvvələrinin nəzarətində olan ərazidə baş verib.

Partlayış zamanı 4 hərbçi yüngül xəsarət alıb.

Rəsmilər ilkin ehtimallara görə insidentin partlamamış hərbi sursatların saxlanıldığı anbarla əlaqəli ola biləcəyini bildiriblər.

Hadisənin dəqiq səbəbləri isə hələlik açıqlanmayıb.

Musavat.com

09.06.2025 09:50
544