Abşeronda 48 yaşlı kişinin meyiti AŞKARLANDI

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.

Məlumata görə, 1977-ci il təvəllüdlü Vəliyev Amal Əliəşrəf oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müvafiq ekspertiza təyin olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//Report

03.08.2025 15:58
308