Tam versiya
  • ANA SƏHİFƏ
  • Son xəbər
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Kriminal
  • Analitika
  • Yazarlar
  • Yaxın tarix
  • Müsahibə
  • Maraqlı
  • Qalmaqal
  • Gündəm
  • Media
  • Mənəviyyat
  • Bizim qonaq
  • Qarabağ xəbərləri
  • Fotosessiya
  • Vaxt axarı
  • Foto fakt
  • Reportaj
  • Sözsüz
  • Video
  • KİVDF layihələri
  • Şou-biznes
  • Texnologiya
  • Formula #1
  • İslamiada
  • Hərbi xəbərlər
  • Rəsmi
  • Seçki 2024
Yeni Müsavat Qəzeti

ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

 

Azərbaycan Dəmir Yolları 8 aprel tarixində Sabunçu stansiyasının yaxınlığında ağacəkmə aksiyası keçirib. Şirkətin 145 illiyinə həsr olunmuş aksiyanın əsas məqsədi əməkdaşlar arasında ətraf mühitin mühafizəsinin təbliği və ekoloji problemlərə diqqətin çəkilməsidir.

Musavat.com bu barədə ADY-yə istinadən xəbər verir.

100-dən çox əməkdaşın iştirak etdiyi aksiyada 500-ə yaxın şam ağacı, o cümlədən endemik növ olan və Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş Eldar şamı əkilib və suvarılıb. Əlavə olaraq ərazidə abadlıq və təmizlik işləri aparılıb.

Dəmir yolu xətləri boyunca yaşıllıq zonasının salınması istiqamətində ADY tərəfindən davamlı olaraq yaz-payız mövsümlərində qurumun müxtəlif xidmət sahələrinin ərazilərində ağacəkmə aksiyaları təşkil olunur.

Xatırladaq ki, 2023-cü ildən BMT-nin Qlobal Sazişinə üzv olan ADY öz fəaliyyətində ətraf mühit, sosial məsuliyyət və idarəetmə (ESG) prinsiplərini əsas götürür.  Belə ki, qurum bu istiqamətdə təşkil etdiyi tədbirlərə əsasən gənc əməkdaşları cəlb etməklə onların Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığını artırmağı və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasında rolunu genişləndirməyi hədəfləyir.
ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
09.04.2025 10:18
185
Facebook Twitter WhatsApp

  • ANA SƏHİFƏ
  • ARXİV
  • Kontaktlar
  • HAQQIMIZDA
  • Tam versiya