ABŞ administrasiyası Kolumbiya prezidenti Qustavo Petronun ABŞ qüvvələrinin Kolumbiya vətəndaşlarını daşıyan qayığa zərbə vurması ilə bağlı iddiasını əsassız sayır.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən yayıb.
Petro dünən bildirib ki, ABŞ qüvvələrinin əvvəllər vurduğu qayığın Kolumbiyaya məxsus olduğuna dair sübutlar var və onun göyərtəsində Kolumbiya vətəndaşları da olub. O, həmçinin ABŞ-ın bu addımlarını “bütün Latın Amerikası və Karib hövzəsinə qarşı təcavüz” elan edib.
Ağ Ev Kolumbiya prezidentini “əsassız və qəbuledilməz bəyanatından açıq şəkildə geri çəkilməyə” çağırıb. Reuters-in sitat gətirdiyi administrasiya rəsmisi Kolumbiyanı ABŞ-ın “əsas strateji tərəfdaşı” adlandırıb.
Qeyd edək ki, oktyabrın 5-də Tramp Venesuela narkotik kartellərinin tezliklə quru yolu ilə narkotik qaçaqmalçılığına başlayacağını və Vaşinqtonun onların fəaliyyətlərini dayandırmaq üçün güc tətbiq edəcəyi ehtimalını istisna etməyib. O, həmçinin bildirib ki, ABŞ ordusu narkotik daşıyan başqa bir gəmini vurub.
Musavat.com