Ağdamda avtomobil aşdı, yeniyetmə öldü

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb.

"VAZ-21015" markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində maşında olan sərnişin 2011-ci il təvəllüdlü yeniyetmə hadisə yerində həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.//APA

12.09.2025 18:51
456