Ağdaşda evdən meyit AŞKARLANDI

Ağdaşda evdən meyit aşkarlanıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Ağdaş rayonunda 1 nəfərin fərdi yaşayış evində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar DYMX-nın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

20.12.2024 16:49
312