Ağdərədə yanğının söndürülməsinə 3 helikopter cəlb olundu

Ağdərə rayonu ərazisindəki dağlıq meşəlik ərazidə başlayan yanğın hələ də davam edir.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri və helikopterlər cəlb olunsa da, yanğını tam nəzarət altına almaq mümkün olmayıb. Hazırda yanğınların geniş əraziyə yayılması müşahidə olunur.

***

Ağdərədə yanğının baş verdiyi əraziyə helikopter cəlb olunub.

Məlumatına görə, gecə saatlarında başlayan yanğın Suqovuşan kəndi yaxınlığında söndürülüb. Hazırda dağ massivindəki meşəlik ərazidə gedən yanğınların söndürülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Yanğının söndürülməsi işlərinə Dövlət Yanğından Mühafizə Xidməti bölmələri və 3 helikopterin cəlb edildiyi müşahidə olunur.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.//Report

08.08.2025 16:35
331