Ağstafada yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb

Bakı-Qazax-Gürcüstan yolunda yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 1974-cü il təvəllüdlü Fərruh Perçinin idarə etdiyi “TIR” tipli yük avtomobili aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

21.04.2025 00:24
195