Avropa İttifaqı ölkələri oktyabrın sonlarında Rusiyaya qarşı dondurulmuş aktivlər məsələsində qərar qəbul etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, ilk müzakirələr Kopenhagendə keçiriləcək sammitdə baş tutacaq.
Aİ-dən olan anonim diplomatın sözlərinə görə, əsas məqsəd Macarıstan baş naziri Viktor Orbanı təcrid etmək üçün digər ölkələrin dəstəyini qazanmaqdır.
"Hazırda biz boz zonadayıq", - deyə diplomat qeyd edib.
Bununla belə, "Politico" yazır ki, Aİ hələ də lider mövqelərini əldə etməkdə çətinlik çəkir, həmçinin Rusiyanın fəaliyyətini məhdudlaşdırmaq üçün imkanı çox dar görünür.
Musavat.com