“Allah” deyən qarğa VİDEOsu sosial şəbəkələri silkələdi – İzləmə rekordu qırır

Sosial medianın Rusiya seqmentində yayılan və istifadəçilərin böyük marağına səbəb olan bir video son günlərin ən çox paylaşılan görüntülərindən birinə çevrilib.

Musavat.com xəbər verir ki, videoda bir qarğanın “Allah” dediyi iddia olunur.

Səmada bir antenanın üzərində dayanmış qarğanın səsləndirdiyi səhnə izləyicilərdə həm təəccüb, həm də duyğusal təəssüratlar yaradıb. Rus dilində təqdim olunan videonun üzərində “Ворона говорит: «АЛЛАХ»” – yəni “Qarğa ‘Allah’ deyir” sözləri yer alıb.

Bu görüntü qısa zaman ərzində minlərlə bəyənmə və paylaşım toplayıb.

Sosial mediada bir çox izləyici bu hadisəni “ilahi bir işarə” kimi dəyərləndirib, bəziləri isə görüntünün montaj və ya təsadüfi səs uyğunluğu nəticəsində yaranmış olduğunu bildirib.

Musavat.com həmin görüntünü oz oxucuları üçün təqdim edir:

Musavat.com

02.05.2025 17:06
790