Almaniya Bundestaqında fəaliyyət göstərən “Almaniya üçün Alternativ” (AfD) fraksiyası işsizlik müavinəti – “Bürgergeld” alanların əksəriyyətinin miqrasiya keçmişi olduğunu iddia etmişdi.
Musavat.com xəbər verir ki, bu iddianı sübut etmək məqsədilə onlar hökumətə parlament sorğusu ünvanlayaraq müavinəti alanlar arasında ən çox rast gəlinən adların açıqlanmasını tələb etmişdilər.
Almaniya hökumətindən gələn cavaba əsasən, “Bürgergeld” alanlar arasında ən çox yayılmış adlar aşağıdakılardır: Michael (19 200 nəfər), Andreas (16 200 nəfər), Thomas (15 700 nəfər), Daniel (14 800 nəfər), Olena (14 400 nəfər) və Alexander (13 800 nəfər).
Statistika göstərir ki, siyahıda yer alan adların əksəriyyəti etnik almanlara aiddir və yalnız “Olena” adı miqrasiya keçmişi olan şəxslərə, əsasən Ukraynadan gələnlərə xasdır. Bu nəticə AfD-nin iddiasının zəif olduğunu ortaya qoyur.
Musavat.com