"Amazon"un anbarlarında robotların sayı sürətlə artır.
Artıq qlobal tədarük proseslərinin 75%-i robotlar vasitəsilə həyata keçirilir.
Robotlar məhsulların daşınması, çeşidlənməsi və qablaşdırılması kimi əsas işləri icra edir. Louisianadakı 280 min kvadratmetrlik anbarda robot qollar milyonlarla məhsulu emal edir. Bu hibrid sistem məhsul dövriyyəsini 25% artırıb.
Robotlaşma işçi sayına da təsir edib. Hazırda hər anbarda orta hesabla 670 nəfər çalışır bu, 16 ilin ən aşağı göstəricisidir. Bununla yanaşı, bir işçiyə düşən paket sayı 10 ildə 175-dən 3870-ə qalxıb.
Baş direktor Andy Jassy -nin sözlərinə görə, süni intellekt bəzi işləri əvəz etsə də, yeni texnologiyalar yeni imkanlar da yaradır. Şirkət bu günə qədər 700 min işçini texnoloji bacarıqlar üzrə təlimatlandırıb.
Qeyd edək ki, "Amazon"un robotlaşma prosesi 2012-ci ildə Kiva Systems-in alınması ilə başlayıb. Bu gün isə şirkət səsli əmrlərlə çalışan və insanabənzər robotlar üzərində sınaqlar aparır.**Milli.Az