Aqil Abbas polislərin əmək haqqını artırmağı təklif etdi

Milli Məclisin bu gün keçirilən iclasında “Polis haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, deputat Aqil Abbas çıxışında bildirib ki, Azərbaycanda ən çox əziyyət çəkən polis orqanlarının əməkdaşlarıdır.

A.Abbas polislərin əmək haqqının artırılmasını təklif edib:

“Polisin gecəsi-gündüzü yoxdur və ən az maaş alanlar da polislərdir. Bu qanun layihəsi onların sosial təminatını artırmaq üçün vacibdir. Azərbaycan polisi keçmiş sovet ölkələri arasında ən fəal iştirak edən polislərdir. Ölkənin təhlükəsizliyinin qorunmasında fəaldırlar. Birinci Qarabağ savaşında da vuruşan polislər idilər. Polis orqanlarının 62 Milli Qəhrəmanı var. Ona görə onların əməyinin qiymətləndirilməsi çox gözəldir. Çox arzu edirəm ki, polislərin maaşı artırılsın. Necə ki, bu qanun layihəsi ona xidmət edir”.

E.Paşasoy,
Musavat.com

04.07.2025 12:58
698