Avropa qaz anbarlarına 75 milyard kubmetr qaz yığıb

Avropa yeraltı anbarlarına təxminən 75 milyard kubmetr qaz toplayıb.

Musavat.com "Gas Infrastructure Europe"nin (GIE) məlumatlarına istinadən xəbər verir ki, yığım mövsümü başlayandan anbarlara 38 milyard kubmetrə yaxın qaz vurulub.

Aİ-nin tələbinə uyğun olaraq noyabrın 1-dək anbarların 90 faiz doluluğunu təmin etmək üçün qalan müddətdə Avropa onlara 23 milyard kubmetrdən çox qaz vurmalıdır.

GIE-nin məlumatına görə, iyulun 30-da Aİ ölkələrinin yeraltı anbarlarına 394 milyon kubmetr qaz vurulub, onlardan 18 milyon kubmetr qaz götürülüb. Hazırda anbarlarda 74,9 milyard kubmetr qaz var – bu, ötən ilin eyni göstəricisindən 20 faiz azdır. Doluluq səviyyəsi 68,34 faiz təşkil edir.

Aİ-nin elektrik enerjisi istehsalında külək istehsalının payı iyunda orta hesabla 15 faiz, iyulda təxminən 12 faiz təşkil edib. Bu ilin iyununda Avropada qazın orta qiyməti min kubmetr üçün təxminən 439 dollar, iyulda isə təxminən 410 dollar təşkil edib.

İyun ayında Avropa tərəfindən LNG idxalı bu ay üçün maksimum (12,2 milyard kubmetr) olub və iyulda rekord sürətini itirib. Hazırda yenidən qazlaşdırma gücləri maksimumun 45 faizi ilə yüklənir. Aprel ayından başlayaraq cari yay dövründə Aİ ölkələrinin ümumi LNG idxalı 49 milyard kubmetrə yaxınlaşır.

Musavat.com

01.08.2025 13:44
157