Avropa İttifaqının bəzi üzv ölkələri, xüsusilə Fransa və Almaniya, Rusiya qazının qismən idxalını bərpa etməyi gündəmə gətirə bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Avropa ölkələri ABŞ ilə münasibətlərdəki gərginlikdən narahatdır və Vaşinqtonun mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü siyasi təzyiq alətinə çevirə biləcəyindən ehtiyat edirlər.
Mənbələr qeyd edir ki, enerji təhlükəsizliyini təmin etmək üçün bəzi Aİ ölkələri Moskva ilə enerji dialoqunu yenidən gündəmə gətirməyi mümkün sayırlar. Bu yanaşma Qərbdə ciddi müzakirələrə səbəb olub.
Əgər bu plan gerçəkləşərsə, bu, Avropanın enerji siyasətində yeni mərhələnin başlanğıcı ola bilər.
Musavat.com