Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü

Bakıda avtomobil idarətmədən çıxaraq idman zalına girib.

Musavat.com xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idman zalının içinə daxil olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Musavat.com

28.04.2025 09:46
606