"Aygün Bəylərin qızı evimə gəlir, amma mənimlə danışmır" - VİDEO

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova açıqlaması ilə diqqət çəkib.

Zümrüd "Xəzər axşamı" proqramında müğənninin qızı Cananın onu danışdırmadığını deyib:

"Canan qızımın yanına gəlib-gedir. Amma mənimlə danışmır. Onu Aygünün balası soruşub, xəbər tuturam, qapıma gəlir. Sosial şəbəkədə mənə yazırlar "Aygünün davamçısı". Görürəm ki, xoşları gəlmir, deyirlər, Aygünün bir davamçısı var, o da qızıdır. Mən onun yadigarı deyiləm, sənətinin davamçısıyam".

Qeyd edək ki, Aygün Bəylər ötən il uzun sürən xərçəng xəstəliyindən vəfat edib. (Axşam.az)

26.08.2025 01:16
848