İrandakı gərginlik səbəbindən təxliyə edilən rusiyalı diplomat və alimlərdən ibarət nümayəndə heyəti hazırda Bakıda Moskvaya uçuşu gözləyir.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən MGİMO universitetinin professoru Elina Sidorenko məlumat verib.
Sidorenko bildirib ki, Azərbaycan tərəfi nümayəndə heyətinin mehmanxanada yerləşdirilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb:
“Azərbaycanlı həmkarlarımıza təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Çox gözəl oteldə yerləşdirildik, qidalanma və otaqlar əla idi,” – deyə o qeyd edib.
Qeyd edək ki, nümayəndə heyətinin üzvləri İranda vəziyyətin kəskinləşməsi fonunda evakuasiya olunaraq Azərbaycana gətirilmişdi. Hazırda onların təhlükəsiz şəkildə Moskvaya qayıtması üçün təşkilati işlər aparılır.
Azərbaycanın bu jesti regionda humanitar və diplomatik missiyalara verdiyi önəmi bir daha nümayiş etdirib.
Musavat.com