Azərbaycanda 14 yaşlı qız İTKİN DÜŞDÜ

Masallıda yaşayan 14 yaşlı L.T. itkin düşüb.

O, 2025-ci il aprelin 12-də saat 20 radələrində babasına məxsus - Masallı rayonu, Banbaşı kəndində yerləşən evdən çıxaraq naməlum istiqamətdə gedərək geri qayıtmayıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır./Lent.az

14.04.2025 12:38
360