Azərbaycanda DƏHŞƏTLİ QƏZA - ölən var

Zaqatala rayonunda ötən gün yol qəzasında xəsarət alan sürücü bu gün dünyasını dəyişib.

Hadisə iyunun 14-də saat 17:00 radələrində rayonun Mosul kəndi ərazisində qeydə alınıb.

Belə ki, motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq bu gün gecə saatlarında ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

15.06.2025 13:57
1001