Azərbaycanda institutun adı dəyişdi - QƏRAR

Nazilər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adının dəyişdirilməsi və bununla əlaqədar bəzi qərarlarında dəyişiklik edilməsi haqqında qərar qəbul edib. 

Musavat.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. 

Qərara əsasən, İnstitut bundan sonra Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılacaq. 

17.09.2025 12:55
6773