Azərbaycanda məktəb müəlliminin ölüm səbəbi bilindi

Sumqayıtda gənc qadın xəstəxanada vəfat edib.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə şəhərdəki 1 saylı xəstəxanada baş verib.

1994-cü il təvəllüdlü Humay Nəsirli müalicə olunduğu tibb müəssisəsində həyatını itirib.

İlkin məlumata əsasən, onun ölümünə "qurd eşənəyi" və revmatizm kimi xəstəliklər səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

12.04.2025 01:32
1144