Azərbaycanda məktəbdə YANĞIN: 4 nəfər...

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yanğın olub.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02.12.2024 10:40
736