Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ

Azərbaycan qılıncoynatma ailəsinə ağır itki üz verib.

Musavat.com bildirir ki, Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, ötən gün qurumun vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fərhad Kasimov 2017-ci ildən Azərbaycan Qılıncoynatma Federasiyasında vitse-prezident vəzifəsini icra edirdi.

02.03.2025 13:40
1329