Rusiyalı şərqşünas-iranşünas Nikita Smagin Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agentlər” reyestrinə salınıb.
Musavat.com xbər verir ki, qərara səbəb kimi onun Azərbaycanın CBC telekanalı ilə əməkdaşlığı, həmçinin “Karnegi Fondu”, “Meduza”, The Insider və “Dojd” media qurumları ilə işbirliyi göstərilib.
Smagin CBC-də “Yaxın Şərq” adlı həftəlik müəllif proqramının aparıcısıdır. Qeyd olunur ki, o, hələ aprel ayında – Rusiya və Azərbaycan arasında münasibətlər gərginləşməmişdən öncə “xarici agent” elan edilib.
Nazirlik onun “Meduza”, “Karnegi Fondu” və artıq “xarici agent” kimi tanınmış digər jurnalistlərin materiallarını paylaşmasını da əsas kimi göstərib.
Musavat.com