Yeni inşa edilən binada yanğın baş verib.
Musavat.com xəbər verir ki, yanğın hadisəsi Sumqayıtda “Bağça şəhər” yaşayış kompleksində baş verib.
Kompleksin yeni inşa edilən binasında qeyri-yaşayış sahəsində başlayan yanğın külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb.
Hadisə yerinə FHN-in yanğından mühafizə qüvvələri cəlb edilib.
Musavat.com