Bakı Limanından aşırılmış yüklərin həcmi 9 %-ə yaxın artıb

Bu ilin birinci rübündə Bakı Limanı vasitəsilə 1,9 milyon tondan artıq yük aşırılıb ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 8,8 % çoxdur.

Bu barədə Musavat.com Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

"O cümlədən bu ilin birinci rübündə 30 034 TEU konteyner aşırılıb. Bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisinə (13 280 TEU) nisbətən 16 754 TEU və ya 126 % çoxdur", - məlumatda deyilir.

Hesabat dövründə Bakı Limanı vasitəsilə 13 711 ədəd təkərli texnika, 7 765 ədəd vaqon, 366 min ton quru yük, 377 min ton neft və neft məhsulları aşırılıb.

02.05.2025 21:01
177