Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb

Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.

16.04.2025 23:09
486