Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Əmirəli Hüseyn oğlu Kərimov idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsi ilə Xətai rayonu, 8 Noyabr prospekti ilə Zığ istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə avtomobil səkiyə çırpılıb. Sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır. (Oxu.Az)