Bakıda ərini bir mesaja görə balta ilə vuran qadın azadlığa çıxdı

Ərinə balta ilə ağır xəsarət yetirməkdə ittiham olunan 3 uşaq anası Lalə İmaşova azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarı ilə Lalə İmaşova azyaşlı uşağı olmasına görə həbsdən azad olunub. Onun qalan həbs müddəti şərti cəza ilə əvəz olunub.

Xatırladaq ki, məhkəmənin hökmü ilə Lalə İmaşova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.

Şahanə Rəhimli
Musavat.com

09.04.2025 00:47
839