Bakıda evdən 48 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.

Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini 1977-ci il təvəllüdlü Ramil Nəzərovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

21.04.2025 20:33
323