Bakıda evin həyətindən meyit tapıldı

Bakıda evin həyətindən kişi meyiti tapılıb.

Hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələsgərov küçəsində qeydə alınıb.

49 yaşlı Dadaşov Qiyas Əlibala oğlunun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Araşdırma aparılır.

26.08.2025 22:03
591