Bakıda QƏZA - İşıqfor yararsız vəziyyətə düşdü

Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza nəticəsində 1 ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.

12.04.2025 21:58
357