Bakıda toy yasa döndü - gənc oğlan faciəvi şəkildə öldü

Bakıda toyda ölüm hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonunda yerləşən şadlıq evlərindən birində qeydə alınıb.

Toy məclisində rəqs edən, 1988-ci il təvəllüdlü Tural Musayevin vəziyyəti qəfildən pisləşib. Şadlıq evinə təcili yardım çağırılsa da onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (lent.az)

04.09.2025 23:29
1196