Bakıda yaşayış kompleksinin tualetindən meyit tapılıb.
Meyit paytaxtın Binəqədi qəsəbəsi, Ordubadi küçəsində inşa edilən "Binəqədi Rezidens" kompleksinin sanitar qovşağında aşkarlanıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Cantiq Ağasadıq oğlu Quliyev olması müəyyən edilib.
Meyitin üzərində xəsarət olmayıb və şəxsin ölüm səbəbləri hələ ki məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /Lent.az