Baş Şirvan kollektorunda boğulan ata və övladının meyitləri sudan çıxarılıb

Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində batan ata və oğlunun meyitləri sudan çıxarılıb.

Sudan çıxarılan şəxslərin Elvin Ağayev və onun oğlu Mövsüm Ağayev olduğu bildirilir.

Qeyd edək ki, hadisə ötən gün baş verib.

Onların axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunmuşdu.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  (Oxu.Az)

02.08.2025 16:22
369