Bayramov Gürcüstan Prezidenti ilə görüşdü- Foto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşüb.

Musavat.com xəbər verir ki, bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.

Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığı və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sahələr üzrə yüksək səviyyəli dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

bayramov-gurcustan-prezidenti-ile-gorusdu

22.07.2025 18:27
312