Biləsuvarda avtomobillər toqquşdu, ölən və xəsarət alanlar var

Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" və "Mersedes" markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.//Report

03.10.2025 14:51
275