Binə qəsəbəsində YANĞIN

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Musavat.com-a verilən xəbərə görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

 

 
20.06.2025 14:45
1100