Britaniyada məscid YANDIRILDI - VİDEO

Böyük Britaniyanın cənubunda yerləşən Peacehaven şəhərində məscid yanıb.

Musavat.com xəbər verir ki, bu barədə Sasseks polisi məlumat yayıb.

Yanğın binanın əsas girişinə və yaxınlıqda park edilmiş avtomobilə ziyan vurub. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanları hadisəni nifrət cinayəti kimi qiymətləndirir. Araşdırmaçılar şahid ifadələrini toplayır, təhlükəsizlik kameralarının görüntülərini analiz edir və hadisə yerində ekspertizanın işini davam etdirirlər.

Musavat.com

05.10.2025 19:06
344